Pakistan və Hindistan arasında Kəşmir böhranının, iki ölkə arasında isti qarşıdurmaya çevrilmək üzrə olduğunu növbəti siqnalı verilib. Baki-xeber.com xəbər verir ki, Pakistanın Dəmir yolları naziri Rəşid Əhməd, iki ölkə arasında mümkün irimiqyaslı müharibənin oktyabr və ya noyabr ayında baş verə biləcəyini söyləyib.
“Kəşmirin azadlığı uğrunda son döyüşün vaxtı gəldi. Hindistanla döyüş, bu dəfə son olacaq'' - Əhməd deyib.
BMT TŞ-nin bu günə qədər Kəşmirlə bağlı referendum keçirməli olduğu gərəkdiyini ifadə edən Əhməd “Əgər problemi həll etmək niyyətləri olsaydı, bunu indiyə qədər edərdilər. İşğal altındakı vadinin xalqının yanında olmalıyıq. Bu çərçivədə Məhərrəm ayının 10-u (9 sentyabr) sonra Kəşmirə səfər edəcəyəm” deyib.