Braziliya G-7 ölkələrinin Amazon meşələrində təxminən üç həftədir davam edən yanğınları söndürmək üçün ayırdığı 20 milyon avroluq yardımı rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Braziliya Prezidenti Jair Bolsonaro açıqlama verib.
Bolsonaro bunun təşəbbüskarı olan Fransa prezidenti Emanuel Makronun bu cür yardım fikirlərinin arxasında fərqli niyyətlərin olduğunu iddia edib.