Livan İsrailə aid iki kəşfiyyat dronunu vurdu

Livanın İsrailə aid iki pilotsuz kəşfiyyat dronunu vurduğu barədə xəbərlər yayılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, pilotsuz aparatlar Livanın paytaxtı Beyrutun cənubunda vurulduğu iddia edilir.
Livanın yerli televiziya kanallarından biri olan LBCI, Hizbullaha yaxın mənbələrə istinaddən, gecə yarısında İsrailə aid kəşfiyyatı dronu Beyrutun cənubundakı Muavvad bölgəsinə vurulduğunu bildirib.
Sözügedən dronun dağıntılarının Hizbullah üzvləri tərəfindən təhlükəsiz bir yerə aparıldığı, hadisədən təxminən bir saat sonra İsrailin ikinci dronun eyni yerdə patladıldığı ifadə qeyd edilir.