20/09/2019 23:09
728 x 90

İranın Şərqi Azərbaycan əyalətində Azərbaycan dilində təhsilə start verildi

img

İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə 2019-2020 tədris ilində Azərbaycan türkcəsində təhsil veriləcək.

Baki-xeber.com xəbər verir ki, bu barədə İranlı Tələbələr xəbər agentliyinə (İSNA) Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşa bildirib.

O bildirib ki, İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq Şərq Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərarı alınıb.

Proqrama görə, ölkədəki əyalətlərin bölgə xalqların tələblərinə görə, həftədə 2 saat xüsusi dərs keçiriləcək.

Proqram 23 sentyabrdan bəzi məktəblərdə həyata keçiriləcək. ın dan və həftədə 3 saat olmaqla bu ildən başlanır. 

“Müəyyən edilmiş məzmun çərçivəsində, Türk təhsili cəmi həftədə iki saat, ümumilikdə 60 saat olmaqla Azərbaycan türkcəsində təhsil veriləcək” – Paşa deyib.

Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsilin böyük əhəmiyyət daşıdığını deyən Paşa bildirib: “İran konstitusiyanın 15-ci maddəsinə əsasən yerli dillərin öyrədilməsilə bağlı tələblər daim səslənirdi. Artıq əyalətimizdə iki dil – Azərbaycan türkcəsi və farsça paralel tədris ediləcək".

Son xəbərlər