20/09/2019 23:05
728 x 90

Bağdad İsrailin hədəfində olan İraqdakı İran bazalarını şəhərlərdən çıxarır

img

Son vaxtlar İraqdakı İranın dəstəklədiyi “Haşdi Şabi” silahlı qüvvələrinə məxsus silah anbarlarına edilən hücumlar İraq hökumətini bəzi qərarlar verməyə məcbur edib. Baki-xeber.com xəbər verir ki, hökumət İraqda ordu və “Haşdi Şabi”yə aid silah anbarlarının şəhərlərdən çıxarılmasına qərar verib.

İraq Milli Təhlükəsizlik Şurasının, İraq baş naziri və Silahlı Qüvvələr komandanı Adil Abdulmehdinin başçılığı ilə toplantısı keçirilib. İclasdan sonra yayılan rəsmi açıqlamada, “Haşdi Şabi”yə aid silah anbarlarındakı partlayışların müzakirə edildiyi bildirilib. Baş nazir Adil Abdulmehdi icazəsiz İraq səmalarında heç bir hərbi uçuşun keçirilməyəcəyini deyib.

Toplantıda ordu və “Haşdi Şabi”yə aid silah anbarlarının şəhərlərdən çıxarılmasına qərar verilib.

Açıqlamada, İraq baş nazirinin “Haşdi Şabi” də daxil olmaqla bütün hərbi hissələrin mühafizəsindən cavabdeh olduğu vurğulanıb.

Qeyd edək ki, iyulun 19-da İraqın şimalındakı Səlahəddin əyalətinin Əmirli bölgəsindəkı hərbi bazaya edilən hücum güclü partlayışa və yanğına səbəb olub.  “Haşdi Şabi” anbarlarına hücumlara görə, İsrail və ABŞ-ı günahlandırır.

İsrailin baş naziri Benyamin Netanyahu da İranın dəstəklədiyi İraqdakı silahlı qüvvələrə məxsus bazalara və silah-sursat anbarlarına edilən son hava hücumlarının arxasında ölkəsinin dayandığını eyham vurub. ABŞ rəsmiləri də İsrailin İranın İraqdakı silah anbarını bombaladığını təsdiq edib. Amerikanın iki rəsmisi İran ordusunun iki komandirinin ölümünə səbəb olan silah anbarına hücumu İsrailin törətdiyini bildirib. ABŞ rəsmiləri adlarinin gizli qalmasını istəyiblər.

Bu kimi hücumlar ABŞ və İran arasında artan gərginliklər zamanı neytral qalmağa çalışan İraq və onun kövrək hökumətinin sabitliyi üçün potensial təhlükə mənbəyidir.

Son xəbərlər