23/09/2019 12:13
728 x 90

Arsen Avakov Ukraynada tutulan narkotikləri Rusiyaya satmağı təklif edir - Pula çox ehtiyacımız var

img

Ukrayna daxili işlər naziri Arsen Avakov, Rusiyaya narkotik satmağı təklif edib. baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Avakov bu təkliflə Ukrayna Daxili İşlər Nazirliyinin iclasında çıxış edib.

İclasda Ukrayna təhlükəsizlik idarəsinin müdiri Sergey Knyazev bu il ərzində 5 tondan çox narkotik ələ keçirildiyini deyib. Avakov isə "Maliyyə nazirinə müraciət edirəm. Xahiş edirəm bunları (narkotikləri) bizdən satın alın. Pula çox ehtiyacımız var. Lazımi qanuni addımları atın. Topdan da verə bilərəm, xahiş edirəm. Bu malları Rusiyaya yollayın, orada Xarici İşlər Nazirliyinin təyyarələri ilə satırlar" - deyib.

Avakovun sözlərinə gülərək reaksiya verən maliyyə naziri Oksana Markarova "Bu gülməlidir, lakin hüquqi tənzimləmə olmadan mümkün deyil" deyərək cavab verib.

Son xəbərlər