20/09/2019 23:13
728 x 90

Rusiyadan ABŞ-a gözdağı… Şimal Qütbündəki nüvə sualtı gəmilərindən iki ballistik raket buraxıldı - VIDEO

img

Rusiyanın nüvə sualtı gəmiləri Şimal Qütbündə Barens dənizində ballistik raket sınağı keçirib.

Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi nüvə sualtı gəmiləri "Yuri Dolqoruki" və "Tula"nın Barens dənizi akvatoriyasında "Sineva" və "Bulava" (Gürz) adlı qitələr arası ballistik raketləri uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Raketlərin Barens dənizindən qütb bölgəsinə atıldığı və Arxangelsk və Kamçatkadaki hədəfləri dəqiqliklə vurduğu bildirilir.

Atılan R-30 “Bulava” raketləri, Project 955 sualtı gəmiləri üçün xüsusi olaraq hazırlanmış ballistik raketin yeni nəsli kimi tanınır. “Bulava” raketlərinin hər bir 150 km-lik 10 döyüş başlığı daşıyır, maksimal uçuş məsafəsi 8 min kilometri keçir.

Bu raketlər 2045-ci ilə qədər Rusiyanın strateji nüvə qüvvələrinin əsasını təşkil edəcək. 

Son xəbərlər