23/09/2019 12:16
728 x 90

Putin Rusiya ordusuna ABŞ raketlərinə qarşı “hazır ol” əmri verdi

img

Rusiya prezidenti Vladimir Putin orduya ABŞ-ın raket sınağına qarşı görüləcək tədbirlərə hazır olmağı tapşırıb.

Baki-xeber.com xəbər verir ki, Putin ABŞ-ın raket sınaqları ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib.

Putin bildirib ki, ABŞ-ın raket sınağı, dünyanın müxtəlif bölgələrinə qadağan edilmiş raketləri yerləşdirmək niyyətini ortaya qoyur.

Qeyd edək ki, ABŞ Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri Sazişinin (INF) şərtlərini pozduğunu iddia edərək sazişi birtərəfli qaydada ləğv edib. Rusiya Xarici İşlər Nazirliyi  isə bu ayın əvvəlində Orta Mənzilli Nüvə Qüvvələri Sazişinin rəsmi olaraq başa çatdığını açıqlayıb.

Bunun ardınca ABŞ avqustun 19-da 500 kilometrdən çox olan yeni bir orta mənzilli raketi sınaqdan keçirdiklərini açıqlayıb.

Son xəbərlər