23/09/2019 12:12
728 x 90

Vaşinqton-Ankara xəttində yeni gərginlik - ABŞ "Patriot" təklifini rəsmən geri çəkdi

img

ABŞ Türkiyəyə "Patriot" raket sistemi satmaq təklifini rəsmən geri çəkib. Baki-xeber.com xəbər verir ki, bu barədə CNN-ə ABŞ Dövlət Departamentinin rəsmilərindən biri açıqlama verib.

“Türkiyəyə davamlı şəkildə S-400 raketdən müdafiə sistemi alarsa, son "Patriot" təklifimizi geri çəkəcəyimizi söyləmişdik. "Patriot" təklifimizin müddəti tamam oldu” – Dövlət Departamentinin nümayəndəsi deyib.

"Patriot" təklifinin geri çəkilməsi Türkiyənin "S-400" almasına rəsmi Vaşinqtonun son cavabı kimi qiymətləndirilir.

ABŞ bundan əvvəl də Türkiyəni birgə istehsalçıları arasında yer aldığı "F-35" proqramından çıxarmışdı.

Son xəbərlər