23/09/2019 12:18
728 x 90

Tramp Qrenlandiya söhbətinə görə Danimarka səfərini təxirə saldı... ABŞ prezidenti israrlı görünür

img

ABŞ prezidenti Donald Tramp Danimarkanın Qrenlandiyanın alınması təklifini müzakirə etməkdən imtina etməsindən sonra bu ölkəyə yaxın günlərdə gözlənilən səfərini təxirə salıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Tramp öz Twitter səhifəsində bildirib.

"Danimarka inanılmaz insanları olan xüsusi bir ölkədir. Lakin baş nazir Mette Frederiksenin Qrenlandiya​nın alınmasını müzakirə etməkdə heç bir marağı olmadığını bildirdikdən sonra onunla iki həftədən sonraya təyin edilən görüşümüzü başqa vaxta keçirirəm" - Tramp yazıb.

Danimarkanın kral ailəsinin sözçüsü Lene Balebi Trampın 2-3 sentyabrda Danimarkaya nəzərdə tutulan səfərini təxirə salmasından təəccübləndiyini deyib.

Danimarkanın baş naziri Mette Frederiksen də, Trampın Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanın alınması təklifini müzakirə etməkdən imtina etdikdən sonra onun ölkəyə səfərini qəfil təxirə salmasına təəssüf etdiyini bildirib.

Qeyd edək ki, Tramp Qrenlandiyanı Danimarkadan satın almaq fikrini keçən həftə bildirdikdən dərhal sonra Danimarka və Qrenlandiyanın rəsmiləri adanın satılmadığına bildirib.

Qrenlandiyanın baş naziri Kim Kim Kilsen çərşənbə axşamı İslandiyanın Reykyavik şəhərində keçirilən İqlim sammitində Danimarkanın baş naziri Frederiksin də daxil olmaqla, Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb.

Trampın Qrenlandiyanı satın almaq istəyi barədə sualın cavabında Kielsen bu məsələ ilə bağlı müzakirədən yorulduğunu deyib. “Mən bu suala bir neçə gün əvvəl cavab verdim - bu əyləncəli deyil, gülməli bir şey deyil" – deyə, o bildirib.

Danimarkanın baş naziri Birləşmiş Ştatların ölkəsinin yaxın strateji müttəfiqi olduğunu bildirsə də, “şükürlər olsun ki, sizin başqa ölkələri və xalqları alıb-satdığınız vaxtlar keçib” deyib.

Son xəbərlər