23/09/2019 12:14
728 x 90

Yeni Hindistan – Pakistan müharibəsi hazırdır - Kəşmirdə hind qoşunlarının sayı 500 minə çatdı

img

Hindistanla Pakistan arasında münasibətlər Kəşmir ətrafında baş verən son hadisələrə görə daha da gərginləşir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Pakistan silahlı qüvvələri iki gün əvvəl sərhəddə atəşkəsin pozulmasına cavab olaraq 5 Hindistan əsgərinin öldürüldüyünü bildirib.

Kəşmirin Hindistanın nəzarətində olan hissəsində də hindli əsgərlərlə yerli sakinlər arasında silahlı toqquşmalar baş verir. Son toqquşmalarda biri polis, digər yerli sakin olmaqla iki nəfər ölüb.

Son məlumatlara görə, Hindistanın Cammu Kəşmir bölgəsinə 125 min əlavə paramilis qüvvələri göndərib. "The News" adı açıqlanmayan hərbi mənbəyə istinadən məlumat verir ki, bölgəyə göndərilən 125 min əlavə qüvvədən sonra Cammu Kəşmirdə Hindistan təhlükəsizlik qüvvələrinin sayı 500 minə çatdırılıb.

Bu arada, Hindistan hökuməti Cammu Kəşmirin paytaxtı Srinaqarda təxminən 200-ə yaxın məktəbin açıldığını elan etsə də, siniflər boş qalıb. Bölgədəki ailələrin, məktəbə gedən uşaqlarla əlaqə qura bilməyəcəklərinə görə, telefon və internet kəsintisinə son qoyulana qədər uşaqları evdə saxlamağa üstünlük verdikləri bildirilir. Ailələr hazırki vəziyyətdə uşaqların məktəbə göndərilməsini onların həyatı üçün təhlükə hesab edir.. Onlar bölgədəki çox sayda uşağın hərbçilər tərəfindən saxlandığına və hadisələrdə çox sayda insanın yaralandığına diqqət çəkir.

Son xəbərlər