23/09/2019 12:20
728 x 90

ABŞ qalmaqallı İran neft tankeri ilə bağlı Aralıq Dənizi limanlarına xəbərdarlıq etdi

img

Birləşmiş Ştatlar Aralıq dənizindəki qurumlara Cəbəllütariq tərəfindən azad edildikdən sonra bölgədən keçən İran bayraqlı neft tankeri ilə işləməmək barədə xəbərdarlıq edib.

"Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, “Adrian Darya 1” tankerinə xidmət göstərməsinlər," - Birləşmiş Ştatların bəyanatında deyilir.

ABŞ Dövət Katibi Mayk Pompeo Cəbəllütariq rəsmilərinin tankeri azad etməsindən məyusluğunu ifadə edib. Fox News telekanalına müsahibədə Pompeo bildirib ki, bu neftin satışı sonda İranın Qüds qüvvələrini maliyyələşdirəcək.

“Əgər onlar uğurlu olsalar, onların daha çox pulu, var-dövləti, resursları olacaq ki, terror kampaniyasını, qətl kampaniyasını davam etdirsinlər. Bizim dayandırmaq istədiyimiz budur,” Dövlət Katibi bildirib.

Britaniyanın idarəçiliyində olan Cəbəllütariq ərazisinin Ali Məhkəməsinin Suriyaya xam neft çatdırmaq cəhdində şübhəli bilinən gəminin təhvil verilməsi haqda ABŞ-ın müraciətini rədd etməsindən sonra Avropa Birliyinin sanksiyalarını pozduğuna görə Cəbəllütariqdə saxlanılan tankerin Yunanıstan limanına yola çıxdığı bildirilib.

Cəbəllütariqin baş naziri Fabian Pikardo İranın tankerdəki neftin AB-nin Bəşər Əsəd hökumətinə qarşı sanksiyaları ilə qadağan edilmiş bir bölgə olan Suriyaya çatdırılmayacağına dair vəd verdiyini bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi jurnalistlərə bildirib ki, Tehran rəsmi kanallar vasitəsi ilə ABŞ-a tankeri ələ keçirmək üçün hər hansı yeni cəhd göstərməməsi barədə xəbərdarlıq edib.

Cəbəllütariq baş prokurorluğuna yaxın mənbələr ABŞ-ın tankerin neft tədarükündən əldə edilən gəlirlərin ABŞ Dövlət Departamentinin bu yarxınlarda terrorçu təşkilatlar siyahısına saldığı İran İnqilab Keşikçiləri ilə əlaqəsi olan şirkətlərə getdiyini iddia etdiyini bildirib.

Son xəbərlər