17/11/2019 14:57
728 x 90

Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı

img

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Trendin məlumatına görə, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq.

Bundan əvvəl Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Son xəbərlər