İrana qarşı “gizli ittifaq”… Ərəb ölkəsinin İsraillə gizli görüşlər keçirdiyi ortaya çıxdı

İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-ın vasitəçiliyi ilə təhdid kimi gördükləri İranla bağlı gizli görüşlər keçirdikləri iddia edilir.
Baki-xeber.com xəbər verir ki, "Wall Street Journal" ABŞ rəsmilərinə istinadən
verdiyi məlumata görə, İsrail və BƏƏ rəsmiləri "artan İran təhlükəsinə qarşı məlumat mübadiləsi" üçün bir neçə dəfə gizli görüşlər keçirib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun təşkil etdiyi görüşlərdən birincisi yazda, ikincisi isə qısa müddət əvvəl keçirilib.
ABŞ rəsmiləri, İsrail və BƏƏ arasındakı danışıqların İranla münasibətlərdə diplomatik, hərbi və kəşfiyyat əməkdaşlığının artırılması məqsədi daşıdığını söyləyiblər.
İsrailin ərəb ölkələri arasında xüsusən də İsrail-Fələstin münaqişəsi ilə əlaqədar olan fikir ayrılıqlarına görə yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri mövcuddur.