20/09/2019 23:13
728 x 90

Rusiya Kuril adalarından ikisini Yaponiyaya verə bilər, ancaq bir şərtlə… 1956-cı il bəyannaməsi…

img

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Kuril adalarından ikisinin Yaponiyaya verilməsi yalnız rəsmi Tokionun İkinci Dünya müharibəsinin nəticələrinin tanıması və sülh sazişinin imzalanmasından sonra mümkündür. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

XİN rəsmisi xatırladıb ki, Rusiya Sovet İttifaqının hüquqi varisidir və ona görə də 1956-cı ildə imzalanan bəyannaməni tanıyır. Bu bəyannaməyə əsasən, Rusiya sülh sazişinin imzalanmasından sonra bu ölkəyə iki adanı təhvil verməyə hazırdır.

"Hələlik bizim yaponiyalı həmkarlarımız İkinci Dünya müharibəsinin nəticələrini tanımaq istəmirlər. Bu isə sülh razılaşmasının imzalanmasına mane olur. Lakin mən vəziyyətin dalana dirəndiyini düşünmürəm".

Son xəbərlər