Cəbəllütariq ABŞ-ın cəhdlərinə baxmayaraq İran tankerini sərbəst buraxdı

Böyük Britaniyaya bağlı Cəbəllütariq ABŞ Ədliyyə Nazirliyinin tələbilə saxlanan İran neft tankerinin buraxılmasına qərar verib.
Baki-xeber.com xəbər verir ki, Cəbəllütariq hökumətinin gəminin personalının ardından Grace 1 tankerini də buraxdığı bildirilir.
Tanker buraxılmadan əvvəl isə Cəbəllütariq hökuməti ABŞ Ədliyyə Nazirliyinin gəmiyə əl qoyulması tələbilə onlara müraciət etdiyini və bununla bağlı araşdırma aparıldığını bildirmişdi: “ABŞ-ın Ədliyyə Nazirliyi Grace 1 tankerinin saxlanması üçün müraciət edib və hazırda bu məsələyə baxılır”. ABŞ-ın müraciəti İran supertankerinin azad edilməsi barədə qərarın icrasına bir neçə saat qalmış daxil olub.
Xəbər verilirdi ki, ABŞ-ın müraciətindən sonra Cəbəllütariqin azad etməyə hazırlaşdığı İran tankerinin taleyi naməlum qalır. Ancaq bu açıqlamadan qısa müddət sonra Grace 1 tankerini də buraxıldığı açıqlanıb.
“Gibraltar Chronicle” qəzeti son saatlarda ABŞ-ın gəmiyə əl qoyulması tələbinə baxmayaraq tankerin buraxıldığını bildirib. Qəzet yazır ki, Ali Məhkəmə rəsmisinin onlara ABŞ-dan hər hansı tələb gəlmədiyini bildirdiyini yazıb.
İranın Londondakı səfiri isə bu barədə Twitterdə yazıb: “ABŞ son dəqiqələrdə tankerin buraxılmasını əngəlləməyə çalışdı, lakin acınacaqlı bir məğlubiyyət aldı”.