15/10/2019 18:25
728 x 90

ABŞ NATO-dan çıxmaq istəyir? - Alyansın baş katibindən açıqlama...

img

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın alyansdan ayrılmayacağına əmin olduğunu deyib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq Yeni Zelandiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ-ın ittifaqdan ayrılmayacağına inandığını, təşkilat olaraq belə bir ehtimal görmədikləri üçün bu istiqamətdə hazırlıq görmədiklərini bildirib.

Qeyd edək ki, “New York Times” ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə yüksək rütbəli rəsmilərlə NATO-dan çıxmaq məsələsini bir neçə dəfə müzakirə etdiyini yazıb.

Ancaq ABŞ-ın NATO-da qalmasını hər iki tərəfin də dəstəklədiyini vurğulayan Stoltenberq ABŞ-ın Avropadakı hərbi gücünü artıraraq, əslində, bunu təsdiqlədiyini deyib.

Baş katib ABŞ Prezidenti Donald Trampın NATO-ya üzv digər ölkələrin birliyə daha çox töhfə vermək çağırışının da dəstək alacağını vurğulayıb.

Son xəbərlər