TürkiyəSuriya ilə sərhəddə olan bir neçə yaşayış məntəqəsindən əhalinin çıxarılmasıbarədə qərar verib.
APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinəistinadən verdiyi xəbərə görə, Suriya tərəfindən atılan güllələr nəticəsində 4sakinin yaralanmasından sonra Şanlı Urfa valiliyi Suruc rayonunda KiçikKəndirli və Böyük Kəndirli məhəllələrinin boşaldılmasına qərar verib.
Bölgəyə giriş-çıxış qadağan olunub, sərhədətanklar göndərilib, jurnalistlər təhlükəsizlik məqsədi ilə bölgənin Kobaninigörən hissəsindən çıxarılıblar.
Rəsmilər bu məhəllələrdə yaşayanların birmüddət rəsmi qurumların qonaq evlərində yerləşdiriləcəklərini bildiriblər.
Nurman-xeber.azsaytı xəbər verir ki, İslam Dövləti yaraqlıları kürdlərin yaşadığı Kobanişəhərinin cənub girişinə nəzarət edən strateji təpənin bir hissəsini ələkeçirib.
Suriyadakı İnsan Haqları Müşahidəsi adlıtəşkilatın bildirdiyinə görə Kürd Xalqını Mühafizə Birliyi ilə gecə boyu davamedən toqquşmalardan sonra cihadçılar Mişte Nur təpəsinin cənubunu ələ keçirib.