Cümə günü İslam Dövləti tərəfindən britaniyalıAlan Henningin başı kəsilərək öldürülməsi barədə videogörüntü internetəyerləşdirilib. Lentin həqiqiliyi şübhə doğurmur. Videodakı İD döyüşçüləri dahabir girovu qətlə yetirəcəyini deyirlər. Son məlumata görə həmin şəxsin 2013-cüildə oğurlanan ABŞ vətəndaşı Peter Kassig olduğu güman edilir.
BMT Təhlükəsizlik Şurası İslam Dövləti tərəfindənbritaniyalı Alan Henningin öldürülməsini pisləyərək bildirir ki, olay cihadçıqrupunun amansızlığının nümayişidir. Təhlükəsizlik Şurasının bəyanatındadeyilir ki, İD tərəfindən həyata keçirilən qəddar əməllər beynəlxalqictimaiyyəti qorxutmaqdansa onun qərarlılığını artıracaq.
İngiltərənin Salfordşəhərində taksi sürücüsü işləyən 47 yaşlı britaniyalı 2013-cü ilin sonundaSuriyaya humanitar yardım apararkən oğurlanmışdır.
Henninginöldürülməsini bir çox ölkələrin liderləri pisləyiblər. Britaniyanın MüsəlmanlarŞurası onun öldürülməsini "alçaq və həqarət əməli” kimi səciyyələndirib.
Britaniyanınbaş naziri deyib ki, Henningin başqa adamlara kömək göstərərkən girovgötürülməsi "İD terrorçuları mənəviyyatsızlığının hüdudu olmadığını” göstərib. DevidKameron deyib ki, onu qətlə yetirənləri tutub məsuliyyətə cəlb etmək üçünəlindən gələni edəcək.
Cənab Henning öldürülən sayca 4-cü qərbli girovdur.