Baş nazir Stefan Lofven deyib ki, İsveç Fələstin dövlətini rəsmən tanıyacaq. Beləliklə İsveç bunu edən ilk uzunmüddətli Aİ ölkəsi olacaq.
O, parlamentdə bildirib ki, İsrail ilə Fələstin arasındakı münaqişə yalnız iki dövlət prinsipi ilə həll oluna bilər. «Məsələ beynəlxalq qanunvericiliyə uyğun olaraq müzakirə olunmalıdır.
Ötən ay İsveç yeni hökumətini seçib və hakimiyyət sağ mərkəzçilərdən sol mərkəzçilərə keçib.
Cənab Lofven Fələstinin nə vaxt rəsmən tanınacağını bildirməyib.