Türkiyənin Batman vilayətindən olan və Kobanidə PYD-nin silahlı qrupu YPG-nin tərkibində İŞİD-ə qarşı mübarizə aparan 19 yaşlı Ceylan Özalp axırıncı güllə ilə özünü vuraraq intihar edib.
Anspress-in verdiyi məlumata görə, Özalp üçün sosial şəbəkədə yaradılan xatirə səhifəsində gənc qadının cənub-şərq cəbhəsində birlikdə döyüşdüyü silahlı dəstənin İŞİD tərəfindən tamamilə məhv edildiyi qeyd edilib.
Kod adı "Berivan Sason” olan C. Özalp isə radiostansiya vasitəsilə vidalaşaraq İŞİD-in əlinə keçməmək və zorlanmamaq üçün son güllə ilə intihar edəcəyini açıqlayıb.