Fransa polisi rus həmkarları ilə birlikdə məşhur erməni art-diler, milyonçu Qarik Basmacyanı axtarır. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni milyonçu vaxtilə SSRİ-yə Ermitaj və Tretyakov qalereyasında nümayiş etdirmək üçün dəyəri 100 milyon olan unikal rəsm əsərləri gətiribmiş. Moskvada danışıqlar aparan erməni art-diler sonradan qəflətən yoxa çıxmışdı. Onun Fransadan gətirdiyi misilsiz rəsm əsərləri isə hələ də Ermitajda saxlanılır.
Artıq bu sirli işdə irəliləmənin də olduğu da bildirilir. Fransada keçmiş boksçu, SSRİ vətəndaşı olan Aleksandr Podlesnıy saxlanılıb. Onun erməni milyonçunun izsiz-soraqsız yoxa çıxmasında əli olduğu bildirilir.