Bu gün Bakıda – Heydər Əliyev Sarayında İstanbul rüzgarı əsdi. Türkiyənin Bakı Böyükelçiliyinin Mədəniyyət Müşavirliyinin təşkilatçılığı ilə düzənlənən aktyor və ifaçı Emre Kınayın solo konserti Bakı sakinlərinə və şəhərimizin qonaqlarına xoş ovqat yaşatdı. Türk kino musiqisinin təqdim olunduğu proqramda sənətçini Özgür Sevinçin dirijorluğu ilə "Sinema simfoni” müşayiət edirdi.
Gecənin daha yaddaqalan cəhəti isə Türk sənətçinin konsertin bitməsinin ardından israrla səhnəyə dəvət olunmasından duyğulanması oldu. Ekspromt şəkildə daha bir mahnı ifa edən Emre Kınay bu sevgini İstanbula daşıyacağından qürur duyduğunu bildirdi.
Baki-xeber.com