Səudiyyə Ərəbistanı NATO üzvü Türkiyənin "İncirlik” bazasına hərbi təyyarələr göndərir. Məqsəd "İslam Dövləti” qrupuna qarşı birgə mübarizə aparmaqdır.
Bunu fevralın 13-də"Al Arabiya” televiziyasına müsahibəsində Briqada generalı Ahmed al Assiri deyib.
Artıq Səudiyyə təyyarələrinin "İncirlik” bazasına çatdığı xəbər verilir.
Səudiyyə Ərəbistanı son həftələr "İslam Dövləti” qrupuna qarşı hava zərbələrini bərpa edib.
ABŞ-ın müdafiə naziri Ash Carter həftənin əvvəllərində Ər Riyadın bu addımını alqışlayıb.
Türkiyənin xarici işlər naziri Mövlut Cavuşoglu fevralın 13-də "Yeni Shafak” qəzetinə müsahibəsində Səudiyyə hərbçilərinin "İncirlik” bazasında şəraitlə tanış olduqlarını deyib.