Türkiyədə iki media orqanının ofisinə silahlı hücum olub. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, maskalı şəxslər bu gün saat 05.00 radələrində "Yeni Şafak” qəzetinin Bayrampaşa rayonunda yerləşən ofisinə və "Akit” Media Qrupunun Kiçikçəkməcə rayondakı binasına hücum ediblər.
3-4 nəfərlik iki qrup media orqanlarının binasına "molotof kokteyli” atıb, odlu silahla ofisləri atəşə tutub. Hadisə zamanı xəsarət alan olmasa da, binalara maddi ziyan dəyib.