Rusiyanın paytaxtında "Suriya Kürdüstanı”nın nümayəndəliyi açılıb. APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ictimai təşkilat qismində açılan nümayəndəlik əslində "Kürdüstan”-ın Moskvadakı qeyri-rəsmi səfirliyi kimi fəaliyyət göstərəcək.
"Suriya Kürdüstanı”nın Avropa və Amerika üzrə nümayəndəsi Sənəm Məhəmməd bildirib ki, Moskva missiyasının açılışı Rusiya ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək.