Putinin ilk prezidentliyi dövründə, 2000-2004-cü illər arasında baş nazir olan, indi isə liberal müxalif Parnas partiyasına başçılıq edən Mixail Kasyanov Moskvada hücuma məruz qalıb.
Baki-xeber.com xəbər verir ki, restoranda başqa bir şəxslə masa arxasında söhbət edən Kasyanova iki nəfər yaxınlaşır. Biri tortu onun üzünə çırpır, o biri isə videosunu çəkir. Daha sonra onu "Amerika casusu" olmaqda ittiham edirlər. Çeçencə danışdıqları iddia edilən sözügedən şəxslər dərhal hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Hadisə, Çeçenistan lideri Ramzan Kadırovun Rusiyadakı müxalifləri "vətən xaini" kimi ittiham etməsindən, Kasyanovun videosunu İnstragram hesabında bir silahın lüləsi qarşısında hədəf kimi yerləşdirməsindən dərhal sonra baş verib. Hadisədən sonra Kadırov Intagram hesabından "Yenə də mən?" şəklində ironik bir reaksiya verib. Kremlin sözçüsü Peskov isə Çeçenistan rəhbərliyinin bununla heç bir əlaqəsi olmadığını, hadisəni törədənlərin xuliqanlar olduğunu və bunu pislədiklərini deyib.