NATO Qara dənizdə gücünü və imkanlarını genişləndirmək niyyətindədir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə bəyan edib.
O, Alyans ölkələrinin müdafiə nazirlərinin fevralın 10-11-nə təyin olunmuş iclası ərəfəsində deyib ki, NATO Qara dənizdəki fəaliyyətini artıracaq: "Biz hərbi qüvvələrimizi və imkanlarımızı gücləndirəcəyik, bu bölgəni izləyərək kəşfiyyat aparacağıq".
Qeyd edək ki, ötən gün Y.Stoltenberq bildirmişdi ki, NATO Şərqi Avropadakı fəaliyyətini genişləndirmək niyyətindədir.