Yaponiyanın müdafiə naziri Qen Nakatani Şimali Koreyanın raket buraxmaq planı ilə əlaqədar Silahlı Qüvvələrin döyüşə tam hazır vəziyyətdə gətirilməsinə dair əmr verib.
"Baş verə biləcək istənilən hadisəyə reaksiya verməyə tam hazır olmalıyıq. Şimali Koreya BMT-nin qətnamələrinə ciddi şəkildə riayət etməlidir”, deyə nazir bildirib.