Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15% faiz aşağı salınması barədə qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə İranın "Shana” xəbər agentliyinə bu ölkənin qaz şirkətinin direktoru Həmidrza Araqi bildirib. O, Türkiyənin arbitraja müraciət edərək 35,5 % endirim istədiyini söyləyərək məhkəmənin 10-15%-lik endirimə qərar verdiyini vurğulayıb.