İpoteka kreditləri dollardan soma 2016-cı ilin yanvar ayının 1-nə olan orta hesablı faizlə transformasiya ediləcək. Oxu.Az "24.kg"a istinadən xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Qırğızıstanın Milli Bankının rəsmi nümayəndəsi Rauşan Seytkasımova bildirib.
Onun sözlərinə görə, valyutanın konvertasiyası zamanı yeni ipoteka müqaviləsi tərtib ediləcək. Bununla yanaşı, yeni müqavilə zamanı əsas olaraq 19,76% səviyyəsində ipoteka faizi götürüləcək.
Bununla yanaşı, bu gündən hər bir borclu 20 gün ərzində banka gəlib kreditin taransformasiyası haqqında istəyini bildirməlidir. 20 gün sonra bank onun xahişini Milli Banka bildirəcək. Bir ay sonra bütün razılaşmalar imzalanacaq, transformasiya qüvvəyə minəcək.
"Kreditlərin konvertasiyası sayəsində insanlar valyuta riskindən uzaq olacaqlar. Onlar öz öhdəliklərini som ilə ödəyəcəklər və beləliklə də valyuta dəyişikliklərindən qorunmuş olacaqlar.