"Kürdlərin iştirakı olmadan Suriya danışıqları nəticə verməyəcək”. APA-nın məlumatına görə, belə bir bəyanatla Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
O həmçinin bildirib ki, Rusiya İraq kürdlərinə silahları birbaşa çatdırmır. "Yardım Bağdad vasitəsi ilə çatdırılır”, - deyə Lavrov vurğulayıb.
"Bəşər Əsədə hakimiyyətdən getməyi təklif etməmişik. Mətbuatda yayılan xəbərlər yalandır” - deyə Rusiya xarici işlər naziri bildirib.