Cümə günü, 06 noyabr 2026
     

ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

Image


Elşad Həsənov: "Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya hansısa siyasi mesaj aparması barədə deyilənlər jurnalist təxəyyülünün məhsuludur"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin bu həftə Moskvaya əvvəlcədən elan edilməmiş səfərinin əsas məqsədinin Rusiyaya NATO ölkələrinə qarşı hər hansı hərbi eskalasiyanın yolverilməz olduğu barədə xəbərdarlıq etmək olduğu bildirilir. Xüsusilə Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvaya qarşı mümkün hücumla bağlı Moskvanın diqqətinin çəkildiyi qeyd olunur.

Səfər barədə nə ABŞ, nə də Rusiya əvvəlcədən məlumat verib. Kreml yalnız Retkliffin Rusiya kəşfiyyat orqanları ilə danışıqlar aparmaq üçün Moskvada olduğunu və onun Prezident Vladimir Putinlə görüşmədiyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə səfəri "məhsuldar" adlandırıb.

Qərb kəşfiyyatının narahatlığı ondan qaynaqlanır ki, Rusiya Prezidenti Vladimir Putinin NATO-nun reaksiyasını və gücünü yoxlamaq məqsədilə alyansın üzvü olan ölkələrdən birinə qarşı məhdud hərbi addım ata biləcəyi ehtimalı müzakirə olunur. Xüsusilə Baltikyanı ölkələr potensial risk zonasına aid edilir.

Bu vəziyyət 2021-ci ildə MKİ direktoru Uilyam Börnsün Moskvaya səfərini də xatırladır. Börns həmin vaxt Rusiyanı Ukraynaya müdaxilə etməməyə çağırmışdı. Lakin təxminən üç ay sonra Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başladı.

Hazırda isə Qərbdə narahatlıq Rusiyanın Ukraynaya dəstək verən NATO ölkələrinə qarşı hibrid hücumları gücləndirə və ya alyans üzvlərindən birinə qarşı məhdud hərbi əməliyyat keçirə biləcəyi ilə bağlıdır.

Bu baxımdan, Retkliffin Moskvaya səfəri ABŞ-ın Rusiya ilə birbaşa əlaqə kanallarını tam bağlamadığını və mümkün eskalasiyanın qarşısını almaq üçün kəşfiyyat səviyyəsində xəbərdarlıq diplomatiyasından istifadə etdiyini göstərir. Lakin 2021-ci ildəki təcrübə belə xəbərdarlıqların Moskvanın gələcək qərarlarına nə dərəcədə təsir edəcəyi barədə suallar yaradır.

Con Retkliff kimi ABŞ-ın ən yüksək səviyyəli kəşfiyyat rəsmisinin məhz Moskvaya gedərək Rusiyanı NATO ölkələrinə, xüsusilə Baltikyanı dövlətlərə qarşı hər hansı eskalasiyadan çəkindirməsi iddiası nə dərəcədə inandırıcıdır? Əgər söhbət sadəcə siyasi xəbərdarlıqdan gedirdisə, bunu Vaşinqtonun açıq bəyanatı və ya diplomatik kanallar vasitəsilə çatdırmaq mümkün olduğu halda, MKİ direktorunun şəxsən Moskvaya göndərilməsinin arxasında hansı daha ciddi səbəblər dayana bilər?

Bu səfər ABŞ kəşfiyyatının Rusiyanın yaxın perspektivdə NATO ölkələrindən birinə qarşı məhdud hərbi və ya hibrid addım ata biləcəyi barədə daha ciddi məlumatlara malik olduğunu göstərə bilərmi? Yoxsa səfərin əsas məqsədi mediaya açıqlanmayan başqa məsələlər — Ukrayna müharibəsi, İran və ya Rusiya-ABŞ münasibətləri ilə bağlı danışıqlar olub?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşad Həsənov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliffin Moskvaya səfəri Türkiyə, Rusiya və digər ölkələrin mediasında geniş müzakirə olunub. Lakin onun fikrincə, bu səfərin Rusiya Prezidenti Vladimir Putinə hər hansı siyasi mesajın çatdırılması ilə əlaqələndirilməsi doğru deyil.

Ekspert qeyd edib ki, kəşfiyyat xidmətlərinin rəhbərləri arasında belə görüşlərin keçirilməsi normal praktikadır. Belə təmaslarda əsasən xüsusi xidmət orqanlarının səlahiyyət dairəsinə daxil olan məsələlər müzakirə edilir, məlumat mübadiləsi aparılır və müəyyən təhlükəsizlik məsələləri ilə bağlı qarşı tərəfə mesajlar çatdırıla bilər.

Elşad Həsənovun sözlərinə görə, MKİ rəhbərinin birbaşa Vladimir Putinlə görüşməsi və ya Rusiya prezidentinə hansısa siyasi tapşırıq çatdırması zəruri deyil. Çünki ABŞ-Rusiya münasibətlərində siyasi və dövlətlərarası məsələlərin müzakirəsi üçün diplomatik kanallar, prezident administrasiyaları və digər müvafiq strukturlar mövcuddur.

"Burada Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin səlahiyyətləri nəzərə alınmalıdır. Onun əsas vəzifəsi kəşfiyyat və təhlükəsizlik məsələləri ilə bağlıdır. Ona görə də MKİ rəhbərinin Moskvaya gedərək Rusiya prezidentinə Ukrayna müharibəsinin başa çatdırılması və ya digər siyasi məsələlərlə bağlı birbaşa tövsiyələr verməsi barədə iddiaları real görünmür", – deyə ekspert bildirib.

Ekspert hesab edir ki, Retkliffin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşündə əsasən onların fəaliyyət sahəsinə aid məsələlər müzakirə olunub. Bu çərçivədə kəşfiyyat məlumatlarının mübadiləsi, saxlanılan əməkdaşların mümkün dəyişdirilməsi, qarşılıqlı təhlükəsizlik məsələləri və eskalasiyanın qarşısının alınması kimi mövzuların gündəmə gəlməsi mümkündür.

Onun sözlərinə görə, xüsusilə Rusiya ilə NATO ölkələri arasında son dövrdə artan hibrid qarşıdurma fonunda belə təmasların keçirilməsi müəyyən təhlükələrin qarşısının alınması baxımından əhəmiyyət daşıya bilər.

"Rusiya tərəfindən NATO ölkələrinə qarşı hibrid müharibənin artması ilə bağlı müəyyən narahatlıqlar ABŞ tərəfinin mövqeyi kimi qarşı tərəfə çatdırıla bilər. Eyni zamanda, gələcəkdə eskalasiyanın daha da artmaması üçün əllərində olan məlumatları bölüşə bilərlər. Bunlar məhz kəşfiyyat xidmətlərinin səlahiyyətinə daxil olan məsələlərdir", – Elşad Həsənov vurğulayıb.

Ekspert əlavə edib ki, belə görüşlərin gələcəkdə də keçirilməsi mümkündür. Eyni zamanda, Sergey Narışkinin də ABŞ-a və ya başqa NATO ölkələrinə səfər edərək həmkarları ilə görüşməsi istisna edilmir.

Elşad Həsənovun fikrincə, Retkliffin Moskva səfəri ətrafında səsləndirilən və onun guya Vladimir Putinə konkret siyasi mesaj apardığını iddia edən məlumatların əksəriyyəti jurnalist ehtimallarından ibarətdir.

"Bu səfərin sensasiyalı təqdim olunması müxtəlif iddiaların ortaya çıxmasına səbəb oldu. Guya hansısa məsələlər Retkliff vasitəsilə Putinə çatdırılıb və ya ona konkret tapşırıqlar verilib. Hesab edirəm ki, bunlar daha çox jurnalist təxəyyülünün məhsuludur. Belə görüşlər, əlbəttə, bundan sonra da ola bilər, amma əsasən tərəflərin öz sahələrinə aid məsələlərin müzakirəsi çərçivəsində", – deyə ekspert bildirib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ