Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 475-ə çatıb. "Katmandu Post" qəzetinin 28 avqust tarixli məlumatına görə, hələ də yüzlərlə itkin insanın axtarışları davam edir.
“Reuters”in məlumatına görə, vəziyyət daha çox daşqın təhlükəsi ilə mürəkkəbləşib. Çin və Nepal sərhədində buzlaqdan əmələ gələn göl daşmağa başlayıb. Dağıntılar və ikinci dərəcəli fəlakətlər nəticəsində bəndin partlaması riski səbəbindən Çin xilasediciləri işlərini dayandırmaq və təhlükəsiz zonaya çəkilmək məcburiyyətində qalıblar.
Gölün suyunun həcmi əvvəlki günkü 1,5-2 milyon kubmetrdən artıq 2,5 milyon kubmetri keçib. Çin hakimiyyəti xəbərdarlıq edir ki, növbəti üç gün ərzində su anbarına daha 3 milyon kubmetr su daxil ola bilər və pik axın sentyabrın 1-də gözlənilir.
Tahir TAĞIYEV