Bolqarıstanın Hərbi Dəniz Qüvvələri 27 avqustda Qara dənizin Müqəddəs İvan adası yaxınlığında naməlum pilotsuz təyyarə aşkar edərək onu məhv edib.
Bolqarıstan Müdafiə Nazirliyi bildirib ki, ixtisaslaşmış donanma qrupu adanın qarşısındakı şimal körpüsündə aşkar edilən pilotsuz uçuş aparatının yerini müəyyən etmək və məhv etmək missiyasını yerinə yetirib.
Hərbi qulluqçular Burqas vilayətinin qubernatorundan sorğu, müdafiə rəisinin qərarı və dəniz qüvvələri komandanının əmri aldıqdan sonra hərəkətə keçiblər.
Təhlükəsizlik səbəbi ilə dron yerindəcə məhv edilib və ciddi təhlükəsizlik tədbirləri görülüb.
Tahir TAĞIYEV