Cümə günü, 06 noyabr 2026
     

Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

Image


Qulamhüseyn Əlibəyli: “Klintonun mülahizələri konkret faktlara əsaslanmasa da, havadan götürülmüş fərziyyələr də deyil”

Sabiq dövlət katibi Hillari Klinton Ukrayna mövzusunda bir sıra diqqəti çəkən və sensasiya xarakterli fikirlərlə çıxış edib. Klintonun fikrincə, Putinin şəxsiyyəti Trampa güclü təsir göstərir:

“Müharibəni bitirməyin ən qısa yolu Trampı Ukraynanın tərəfini daha qətiyyətlə tutmağa məcbur etməkdir. Təəssüf ki, onun buna gedəcəyini düşünmürəm. Putinin şəxsiyyəti ona güclü təsir göstərir. O, diktatorlara heyranlıqla yanaşır və özü də Putin kimi lider olmaq istəyir. Bəlkə də məsələ onun kölgə sövdələşmələrindən qazandığı pullardadır - onların izləri açıq şəkildə Moskvaya gedib çıxır. Mən indi onun və ailə üzvlərinin yararlandığı müxtəlif “biznes imkanları”ndan danışıram. Yaxud rusların “kompromat” adlandırdığı materiallar onların əlindədir. Bəlkə də bunların hamısı birlikdədir. Hər halda, o, özünü Putini tənqid etməyə və ya qəti şəkildə ona qarşı çıxmağa məcbur edə bilmir”.

Maraqlıdır, Klintonun toxunduğu məqamlar nə dərəcədə realdır?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Hillari Klintonun Tramp-Putin münasibətləri barədə səsləndirdiyi fikirlər yeni deyil: “Bu fikirlərin bir qismi - Trampın “güclü lider” modelinə simpatiyasından və Putin kimi diktatorlara heyranlığından H.Klinton tərəfindən hələ 2016-cı ilin prezident seçkiləri kampaniyası zamanı bildirilib. Həmin seçki marafonunda Klinton prezidentlik uğrunda Trampla yarışırdığından belə sirləri seçki təbliğatının bir hissəsi kimi qiymətləndirmək olardı. Lakin eyni fikirlərin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şəkildə yenidən gündəmə gətirilməsi məsələyə bir qədər fərqli yanaşmanı tələb edir. Hər şeydən əvvəl bu fikirlər Konqresə aralıq seçkiləri zamanı Vaşinqtonda onsuz da kifayət qədər mürəkkəb olan siyasi mənzərəni bir qədər də gərginləşdirir. Çünki burada söhbət artıq sadəcə olaraq Trampın Ukrayna siyasətinin düzgün və ya yanlış olmasından deyil, ABŞ prezidentinin xarici siyasət qərarlarının arxasında şəxsi münasibətlərin, maliyyə maraqlarının və hətta mümkün şantaj materiallarının olub-olmamasından gedir. Bir məsələdə H. Klintonu mütləq mənada haqlı hesab etmək olar. O da Trampın həqiqətən də Ukrayna məsələsində Putinə qarşı daha sərt mövqe nümayiş etdirməməsidir. Belə ki, müharibənin dayandırılması ilə əlaqədar Tramp administrasiyasının ilk təklifləri beynəlxalq siyasi dairələrdə Ukraynanın təslim aktı kimi qiymətləndirildi. Sonrakı dövrlərdə də Trampın siyasəti daha çox Ukraynanı güzəştə getməyə məcbur etməyə yönəlik olub. Klintonun fikirlərində ən diqqətçəkən məqam Trampın Ukrayna məsələsində Putinə qarşı daha sərt mövqe tutmamasının mümkün səbəbləri barədə mülahizələridir. Xanım Klinton Trampın Ukrayna məsələsində Putinə qarşı daha sərt mövqe tutmamasını təkcə siyasi hesablamalarla yox, başqa səbəblərlə izah edir. O, üç mümkün səbəb göstərir: Trampın Putinlə psixoloji yaxınlığı, Rusiya ilə əlaqəli biznes maraqları və mümkün “kompromat””.

Q. Əlibəylinin fikrincə, Trampın avtoritar liderlərə rəğbəti onun ictimai çıxışlarında dəfələrlə müşahidə olunub: “Hətta Putini "ağıllı" adlandıraraq tərifləyib. Bu məsələdə Klintonun mövqeyi Trampın özünün ictimai çıxışlara əsaslanır. Lakin Trampın Putinlə psixoloji yaxınlığı təkcə bununla müəyyən olunmur. Trampın Putinlə psixoloji yaxınlığı həm də belə bir cəhətdə ifadə olunur ki, hər 2 prezident beynəlxalq siyasətdə hamılıqla qəbul olunmuş prinsip və dəyərlərdən daha çox haqlı olub-olmamasından asılı olmayaraq təmsil etdikləri ölkələrin maraqlarından çıxış edir. Və həmin maraqları bir növ digər dövlətlərə məcburən sırımağa cəhd göstərirlər. Beynəlxalq münasibətlər və siyasətə belə yanaşmada əsas məsələ kimin haqlı olmasından daha çox ABŞ-ın (Rusiyanın) bunun müqabilində nə əldə etməsidir.

Xanım Klintonun göstərdiyi digər 2 səbəb, yəni Trampın Putinə münasibətinin arxasında onun şəxsi maraqları və ya Rusiyanın əlində ola biləcək mümkün kompromat dayanması, diqqətçəkən məqamdır. Bu məsələlərdə rəsmən təsdiq edilmiş faktlar olmasa da, müəyyən ehtimallar, o cümlədən rəsmi müzakirəyə səbəb ola biləcək ehtimallar və faktoloji materiallar var. Rusiya ilə biznes əlaqələrinin Trampın siyasi davranışına təsiri də tamamilə havadan yaranmış iddia deyil. Trampın prezidentliyə namizədliyi dövründə Rusiya ilə müxtəlif biznes əlaqələri, o cümlədən müəyyən biznes layihələri ətrafında danışıqlar aparıldığı barədə təsdiq olunmuş faktlar var. ABŞ-da bu əlaqələr, həmçinin Rusiya ilə bağlı şəxslərin Tramp kampaniyasına müxtəlif biznes və siyasi təkliflərlə çıxması ətraflı araşdırılıb. Məlumdur ki, “kompromat” termini Rusiyanın siyasi və kəşfiyyat praktikasında ayrı-ayrı şəxsləri kompromisə məcburetmək üçün istifadə oluna bilən ifşaedici materialları ifadə edir. Rusiya ilə bağlı ABŞ araşdırmalarında bu anlayışın yalnız nəzəri məsələ olmadığı da görünür. 2016-cı il seçkiləri ilə bağlı ABŞ kəşfiyyat xidmətinin qiymətləndirmələrində Rusiyanın Trampın kampaniyasına təsir göstərmək, H. Klintonu zəiflətmək və ABŞ siyasi sisteminə inamı sarsıtmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etdiyi bildirilib. Bundan başqa, Rusiya ilə əlaqəli şəxslərin Tramp kampaniyasına siyasi yardım və H.Klinton haqqında kompromat xarakterli material təklif etməsi ayrıca araşdırmaların mövzusu olub. Qeyd etmək lazımdır ki, 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı təsdiqlənmiş faktların mövcudluğu Trampın hazırda Putinin kompromatı ilə idarə edildiyini avtomatik olaraq sübut etmir. Lakin belə ehtimalın irəli sürülməsini də istisna etmir. Beləliklə xanım Klintonun mülahizələri konkret faktlara əsaslanmasa da, havadan götürülmüş fərziyyələr də deyil. Rəsmən təsdiq olunmuş ayrı-ayrı faktların və məlumatların siyasi interpresasiyasına əsaslanır. Əslində xanım Klintonun açıqlamasının ən maraqlı tərəflərindən biri Putinin Trampa mümkün təsirindən daha Ukrayna müharibəsində Trampın Putinə niyə güzəştə getməyə meylli olmasıdır. Bu, Ukrayna müharibəsinin gələcəyi baxımından mühüm məsələdir. Əgər Tramp müharibəni tez bitirmək istəyirsə, bunun üçün ən böyük təzyiq imkanlarından biri məhz Rusiyaya qarşı ABŞ-ın iqtisadi və hərbi təsir alətləridir. Vaşinqton Ukraynaya hərbi yardımın səviyyəsini artırmaqla yanaşı, Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmağa çalışa bilər. Lakin Tramp məsələyə fərqli yanaşmağa, özünü hər 2 tərəfə təzyiq göstərməklə müharibəni bitirə biləcək vasitəçi kimi təqdim etməyə daha çox meyllidir; hesab edir ki tərəflərə təzyiq yolu ilə müharibəni bitirib Nobel sülh mükafatı ala bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ