Konqresdəki Demokratlar ABŞ Prezidenti Donald Trampın Kanada ilə həmsərhəd olan Ontario gölünün adını Amerika gölü olaraq dəyişdirməklə bağlı fərmanını ləğv etmək üçün qanun layihəsi hazırlayırlar.
Axios-un Konqres nümayəndələrinə istinadən verdiyi məlumata görə, xüsusilə, müvafiq qanun layihəsi ikipartiyalı Şimali Sərhəd Qrupunun həmsədri, Nümayəndələr Palatasının üzvü Tim Kennedi tərəfindən hazırlanır. Oxşar qanun layihəsi də Nümayəndələr Palatasının üzvü Debbi Dingell tərəfindən hazırlanır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin Ontario gölünün adını dərhal "Amerika Gölü" olaraq dəyişdirəcəyini açıqlayıb. ABŞ Geoloji Xidməti isə rəsmi sənədlərində gölün adını tezliklə dəyişdirəcəyini bildirib.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-ın qərarını pisləyib və ölkə hakimiyyətinin bu təşəbbüsü nəzərə almayacağını vurğulayıb.
Tahir TAĞIYEV