Cümə günü, 06 noyabr 2026
     

Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

Image


Turan Rzayev: “...Türkiyənin regional maraqlarına ziddir”

Azər Həsrət: “Düşünmürəm ki, Türkiyə, yaxud Kuzey Kıprız Türk Cumhuriyyətinin özü güzəştə getmək fikrindədir”

Kipr Respublikasının Prezidenti Nikos Xristodulideslə Şimali Kipr Türk Respublikasının lideri Tufan Ərhürman arasında təxminən üç saat davam edən görüş keçirilib. Görüş BMT-nin himayəsi altında keçirilib və Kipr nizamlama prosesinin irəlilədilməsi səylərinin bir hissəsi olub.

"Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dediklərinə əsaslanaraq, biz düzgün istiqamətdə irəliləyirik", - deyə Nikos Xristodulides görüşün keçirildiyi BMT missiyasının ofisindən çıxarkən bildirib.

Bölünmüş Kiprin liderləri, xüsusən də Nikosiyanın bufer zonasındakı aeroport ərazisindəki BMT-nin Xeyirxah Ofislər Missiyasının ofislərində mövqelərin yaxınlaşması, metodologiya və etimadın artırılması tədbirləri ilə bağlı əsaslı məsələləri müzakirə aparıblar.

Prezident Xristodulides prezident sarayına gəlişindən sonra verdiyi açıqlamada, liderlər arasında təkbətək danışıqların müsbət keçdiyini bildirib. "Yaxşı bir görüş baş tutdu, buna görə də görüş təxminən üç saat davam etdi və Kipr türk lideri ilə görüşün böyük hissəsini təkbətək keçirdik", - deyə o qeyd edib.

Birgə kommünikeyə əsasən, hər iki lider BMT-nin Baş katibi Antonio Quterreşə Kiprə son səfərinə, eləcə də Kipr probleminin həlli səylərinə davamlı dəstəyinə və sadiqliyinə görə dərin minnətdarlıqlarını bir daha təsdiqləyiblər. Görüş zamanı Xristodulides və Erhürman BMT Baş katibinin Kiprə son səfəri zamanı müəyyən edilmiş növbəti addımlar üzrə irəliləyişləri qeyd ediblər.

Liderlər həmçinin şəxsi əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər, görüşlər həftədə bir dəfə, şərait tələb edərsə daha tez-tez keçiriləcək. Həmçinin, Vətəndaş Cəmiyyəti Məsləhət Orqanının Koordinasiya Komitəsinin üzvlərinin sabah elan edilməsi qərara alınıb.

Ötən ay António Guterres uzun müddətdir davam edən münaqişənin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün iki Kipr lideri və adanın üç qarant ölkəsi - Yunanıstan, Türkiyə və Böyük Britaniyanın nümayəndələri arasında görüş təşkil etmək niyyətində olduğunu bildirib.

BMT rəhbəri həmçinin yüksək səviyyəli danışıqların daha bir mərhələsinin nəzərəçarpacaq irəliləyiş olmadan baş tutmasını istəmədiyini açıq şəkildə bildirib. O, hər hansı yeni sammitdən əvvəl hərtərəfli hazırlığın və etimadın qurulmasının vacibliyini vurğulayıb. Görüşün tarixi hələ açıqlanmayıb.

Rəsmi olaraq bildirilib ki, həftədə bir dəfə görüşmək barədə razılaşma əldə ediblər. Bundan əlavə vətəndaş cəmiyyətlərinin Məşvərət Şurasının koordinasiya komitəsinin üzvləri də təyin olunub. Yəni bu o deməkdir ki, Şimali Kiprlə Yunan Kiprinin ictimaiyyət nümayəndələrinin arasında da danışıqlara başlamaq üçün start verilib.

Hazırda Şimali Kipr məsələsində Türkiyə Cənubi Kiprə güzəştə gedəcəkmi? Narahat olmağa nə qədər əsaslar var? Türkiyə Şimali Kiprin suverenliyindən geri çəkilə bilərmi?

Məlumdur ki, bu məsələdə Tramp da təzyiq göstərir. Türkiyənin özünün mövqeyi necə olacaq?

Ekspertlər hesab edir ki, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) suverenliyindən geri çəkilməsi və ya Cənubi Kiprə güzəştə getməsi gözlənilmir. Ekspertlərə görə, Ankaranın Kipr məsələsindəki mövqeyi qəti və strateji xarakter daşıyır. ŞKTC-də baş verən siyasi dəyişikliklər və BMT-nin vasitəçiliyi ilə danışıqların yenidən canlanması fonunda hər hansı narahatlığa ciddi əsas yoxdur. Türkiyə adadakı hərbi, siyasi və iqtisadi varlığını daha da gücləndirməkdədir. Ekspertlərin fikrincə, vəziyyətin təhlili və narahatlıq doğurmayan əsas faktorlar belədir:

Türkiyə rəhbərliyi bəyan edir ki, Kiprdə həll yolu yalnız iki xalqın və iki müstəqil dövlətin varlığının tanınması ilə mümkündür. Ankara Şərqi Aralıq dənizindəki geosiyasi maraqlarını və kiprli türklərin hüquqlarını heç bir beynəlxalq təzyiqə (məsələn, Aİ hesabatları) qurban vermir.

ŞKTC-də keçirilən seçkilərdən sonra prezident seçilən Tufan Ərhürman federasiya modelinə və dialoqa daha açıq olsa da, xarici siyasətdə tamamilə Ankara ilə koordinasiyalı hərəkət edir.

ŞKTC və Cənubi Kipr liderləri BMT-nin vasitəçiliyi ilə etimad mühitini artırmaq üçün həftəlik görüşlər keçirmək barədə razılığa gəliblər. Lakin bu, Şimalın suverenliyindən imtina deyil, sadəcə diplomatik hərəkətlilikdir.

Ekspertlər qeyd edir ki, Türkiyə ŞKTC-yə yüz milyonlarla dollar həcmində qrant yardımı ayırır və bu vəsaitin mühüm hissəsi birbaşa müdafiə xərclərinə yönəldilir.

Ekspertlər vurğulayır ki, adanın blokadasını yarmaq üçün Türkiyədən Şimali Kiprə dənizin dibi ilə qaz kəmərinin çəkilməsi kimi nəhəng layihələr icra olunur. Cənubi Kiprin buna etirazlarına baxmayaraq, Ankara layihələri dayandırmır.

Cənubi Kiprin Fransa və ya digər qərb ölkələri ilə qurduğu hərbi ittifaqlara cavab olaraq Türkiyə özünün qarantlıq hüququnu və adadakı hərbi qüvvələrinin qətiyyətini daim xatırladır. Ankara ŞKTC ərazisini Şərqi Aralıq dənizindəki təhlükəsizlik arxitekturasının "ön cəbhəsi" kimi görür və buradan geri çəkilmək niyyətində deyil.

Politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, Şimali Kipr Türk Cumhuriyyətində prezident dəyişdi, bundan sonra faktiki olaraq hazırkı prezident və onun hökuməti Yunan Kipri ilə münasibətləri normallaşdırmaqda qərarlıdır. “Bu kimi danışıqların keçirilməsi faydalıdır. Burada bir neçə model üzərində danışıqlar gedir. Kipr tərəfi yəqin ki, iki dövlət modeli ilə getməyə çalışacaq. Amma hər halda iki dövlət modelindən başqa konfederesiya, federasiya şəklində birləşmə kimi hallar da müzakirə predmeti ola bilər. Amma bunlar gələcəyin məsələsidir. İndiki halda bu kimi danışıqların keçirilməsi adada gərginliyin azaldılması, Yunanı

stan üzərindən gedən proseslərin adanın gələcəyinə problem yaratmaması və adanın gələcəyinin hansı modeldə gerçəkləşəcəyini müəyyən edilməsidir”-deyə T.Rzayev qeyd etdi.

Türkiyənin mövqeyinə gəlincə, T.Rzayev qeyd etdi ki, rəsmi Ankaranın məsələyə yanaşması birmənalı deyil. “Ümumiyyətlə, Türkiyə Şimali Kipri, Şimali Kipr üzərindən də Aralıq dənizindəki səlahiyyətlərini itirmək istəmir. Ehtimal bir konfedarativ və ya fedarativ birləşmə modeli Türkiyənin regional maraqlarına ziddir. Əslində Türkiyə türkləri qorumaq üçün adaya müdaxilə etdi. Amma sonrakı dövrlərdə siyasi proseslər dəyişdi və Türkiyə adanın türk hissəsinin qarantı və eyni zamanda müdafiə edən əsas qüvvədir. Həmçinin də orada müəyyən imtiyazları var. Məsələn, real mənzərə odur ki, Türkiyə həmin ərazini özünə bağlı bir muxtar vilayət kimi idarə edir. Düzdür, Şimali Kipr dövlət kimi görünsə də, onu Türkiyədən başqa heç bir ölkə tanımır.

Yeni prezidentin adanın birləşməsindən yana bir siyasi xətti var. Amma digər bir məsələ də var ki, Şimali Kipr bütün varlığını Türkiyəyə borcludur. Türkiyənin razılığı olmadan ŞKTC-nin bir qərar verməsi çətin görünür”-deyə T.Rzayev vurğuladı.

Siyasi şərhçi Azər Həsrət isə baki-xeber.com-a bildirdi ki, bu yöndə narahatçılığa heç bir əsas yoxdur. “Kuzey Kıprız Türk Cumhuriyyətinin (Şimali Kipr Türk Cumhuriyyəti) təmsilçilərinin Kıprıs Rum kəsimi ilə görüşləri ilk dəfə deyil. Kuzey Kıprız Türk Cumhuriyyətinin cumhur başqanı əvvəllər də rum kəsiminin təmsilçiləri ilə əvvəllər də görüşüb.

Kuzey Kıprız məsələsinin həlli tək bir postulata, tək bir düstura dayanır-iki dövlətli həll olmalıdır. Qardaş Türkiyənin də, bizim də mövqeyimiz budur. Əlbəttə, Türk dünyasının hər tərəfində bu mövqeyi dəstəkləyirlər. Yəni Kuzey Köprız Türk Cumhuriyyəti bir dövlət kimi mövcuddur, cumhur başqanı, dövlət atributları olmaqla de-fakto var və özü öz ayaqları üstündə dayanan bir dövlətdir. Sadəcə olaraq münaqişə vəziyyəti, adada insanların onillər boyu belə düşmən münasibətləri davam etdirməsi uyğun olmadığına görə BMT və digər beynəlxalq qurumlar bu məsələnin həlli üçün zaman-zaman təşəbbüs göstərirlər. Hətta Böyük Britaniyada, keçmiş də olsa siyasilər və dövlət təmsilçiləri Kuzey Kıprız Türk Cumhuriyyətinin artıq müstəqil dövlət kimi tanınması üçün artıq çağrışlar da ediblər. Bu çağrışların fonunda tərəflərin görüşməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin təmaslarının olması normaldır. Düşünmürəm ki, Türkiyə, yaxud Kuzey Kıprız Türk Cumhuriyyətinin özü güzəştə getmək fikrindədir. Əminəm ki, dövlətçilikdən imtina edilməyəcək. Sadəcə münasibətlərin normallaşması, özəlliklə də vətəndaşlar arasında normal münasibətlərin təşkil edilməsi üçün belə addımların atılması yalnız təqdir edilə bilər. İkinci bir tərəfdəndən də, BMT belə bənzər məsələni həll edib sona çatdıra bilib ki, bunu da həll edə bilsin? BMT sadəcə olaraq vasitəçilik edir. Kuzey Kıprız Türk Cumhuriyyəti heç bir vasitəçidən imtina etməyib, həmişə vasitəçilərə açıq olub. Bu dəfə də açıqdır”.

A.Həsrət vurğuladı ki, BMT-nin vasitəçiliyi sadəcə vasitəçilikdir, qərarı verəcək isə tərəflərdir, tərəflərdən biri nədəsə razılığa gəlməsə digər tərəf onu buna məcbur edə bilməyəcək. “ Məsələn, Kuzey Kıprız Türk Cumhuriyyəti Kıprıs Rum kəsimi nəyə necə məcbur edə bilər? Bu heç cür mümkün deyil. Digər tərəfdən, Kuzey Kıprız Türk Cumhuriyyəti öz iddilarından əl çəkib rum kəsimi ilə birləşsə onların təhlükəsizliyinə kim təminat verəcək? Heç kim. Əlavə olaraq da, Kuzey Kıprız Türk Cumhuriyyəti hətta birləşmək istəsə belə, Kıprıs rum kəsimi də bunu istəmir. Kıprıs Rum kəsimi Avropa Birliyinə üzv olarkən Kıprısın həm quzeyində, həm də güneyində referendum keçirildi ki, birləşərək Avropa Birliyinə üzv olsunlar. Kuzey Kıprız Türk Cumhuriyyətində böyük çoxluq buna “hə” dedi, amma Kıprıs Rum kəsimi buna “yox” dedi. Onlar yarımçıq şəkildə Avropa Birliyinə üzv olmağı seçdilər və Kuzey Kıprız Türk Cumhuriyyəti də dedi ki, bu sizin öz seçiminizdir, hörmətlə yanaşırıq, biz öz yolumuza davam edəcəyik. Ona görə də narahat olmağa əsas yoxdur. Kuzey Kıprız Türk Cumhuriyyəti var. Onun arxasında Türkiyə kimi böyük bir dövlət dayanır. Əlavə olaraq da Kuzey Kıprız Türk Cumhuriyyəti Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan da onun arxasındadır”-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ