Cümə günü, 06 noyabr 2026
     

Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

Image


Xaqani Cəfərli: “Rusiyanın Suriyadan tamamilə qovulması təhlükəsi var”

Rusiya Prezidenti Vladimir Putinin avqustun 26-da Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı və avqustun 9-da əldə olunan razılaşma Moskvanın Suriyadakı mövcudluğunun yeni formatda davam edəcəyini göstərir. Xmeymim aviabazası və Tartus limanının idarəçiliyinin Dəməşqə keçməsi nəzərdə tutulsa da, Rusiyanın hərbi bazalarının birgə təlim mərkəzlərinə çevrilməsi Moskvanın Suriyadan tamamilə çəkilmədiyini göstərir. Bu isə Rusiyanın bölgədə hərbi-siyasi təsirini qorumaq istədiyini deməyə əsas verir.

Suriya hakimiyyəti Rusiyanın hərbi mövcudluğunun davam etməsinə hansı səbəbdən razılıq verdi? Burada Moskvanın Dəməşqə siyasi, təhlükəsizlik və ya iqtisadi sahədə müəyyən güzəştlər verməsi ehtimalı nə dərəcədə realdır? Bu razılaşmanın Türkiyə və ABŞ-la müəyyən koordinasiya çərçivəsində əldə olunması mümkündürmü?

Digər tərəfdən, Rusiyanın Bəşər Əsədi hakimiyyətdən sonra Moskvada qəbul etməsi və təhlükəsizliyini təmin etməsi fonunda Əsəd ailəsinin maliyyə aktivləri və sərvətləri ilə bağlı Moskva ilə yeni Suriya hakimiyyəti arasında hansısa razılaşmanın olması ehtimalını necə qiymətləndirilə bilər? Belə bir “sövdələşmənin” müqabilində Rusiyanın Suriyada hərbi mövcudluğunu qoruması mümkün ssenaridirmi, yoxsa bu, faktlarla təsdiqlənməyən ehtimaldır?

Ümumiyyətlə, Rusiyanın Suriyada qalmasının əsas məqsədi nədir: Aralıq dənizinə çıxışı və hərbi-strateji imkanlarını qorumaq, Yaxın Şərqdə nüfuzunu saxlamaq, yoxsa yeni Suriya hakimiyyəti ilə əldə etdiyi siyasi və iqtisadi razılaşmaları qorumaq?

Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Suriyadakı hərbi-siyasi mövcudluğunu müəyyən formada qoruyub saxlamağa çalışması Moskva üçün həm strateji, həm də imic baxımından böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və bu amil Suriyanın yeni rəhbərliyi ilə münasibətlərdə Moskvanın əhəmiyyətini qoruyur. Bu səbəbdən Əhməd əş-Şaara hökumətinin Moskva ilə Dəməşq arasındakı bütün əlaqələri birdən-birə kəsməsi də real görünmür. Moskvanın Xmeymim aviabazası və Tartus limanındakı mövcudluğunu müəyyən formada saxlamaq üçün müxtəlif variantların müzakirə olunması da bununla bağlıdır.

Politoloq hesab edir ki, Rusiyanın Suriyadakı hərbi bazalarının birgə təlim mərkəzlərinə çevrilməsi Moskvanın ölkədən tamamilə çıxarılmadığını göstərən siyasi formul kimi qiymətləndirilə bilər. Belə bir model Rusiyaya həm müəyyən hərbi-strateji imkanlarını qorumağa, həm də Suriyanı tamamilə itirməsi görüntüsündən yayınmağa imkan verə bilər.

“Əhməd əş-Şaara anlayır ki, imic məsələsi Rusiyanın hazırkı rəhbərliyi üçün çox həssas məsələdir. Rusiyanın hərbi-siyasi elitası Suriyanın tamamilə itirilməsini fəlakət hesab edir. Son 200 ildə ilk dəfə olaraq Rusiyanın Suriyadan tamamilə qovulması təhlükəsi var”, – deyə Xaqani Cəfərli vurğulayıb.

Onun fikrincə, buna görə də Rusiyanın imicini qoruyacaq istənilən razılaşma Moskva üçün müəyyən mənada məqbul ola bilər. Eyni zamanda, Əhməd əş-Şaara hökuməti də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə münasibətləri tamamilə korlamaqda maraqlı deyil. Xüsusilə Suriyanın yeni hakimiyyətinin beynəlxalq legitimlik və təhlükəsizlik məsələlərində müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmağa çalışdığı bir şəraitdə Moskva ilə körpülərin tamamilə yandırılması Dəməşqin imkanlarını məhdudlaşdıra bilər.

Politoloq hesab edir ki, Vaşinqtonda da Suriyanın yeni rəhbərliyinin Rusiya ilə müəyyən güzəştlərə getməsinin qaçılmaz olduğunu anlayırlar. Bu baxımdan ABŞ-ın əsas məqsədi Rusiyanın Suriyada əvvəlki miqyasda hərbi-siyasi təsir imkanlarını bərpa etməsinə imkan verməmək, eyni zamanda Moskvanın bölgədə tamamilə mövqesiz qalması prosesinin necə inkişaf edəcəyini nəzarətdə saxlamaq ola bilər.

Xaqani Cəfərli Türkiyənin bu məsələdə həlledici təsir imkanlarına malik olduğu fikri ilə də razılaşmır. Onun sözlərinə görə, Ankara Suriyada əhəmiyyətli təsirə malik olsa da, bu təsir bəzən təqdim edildiyi qədər geniş deyil. Suriyanın yeni rəhbərliyinin strateji sahələrdə Türkiyənin iştirakını tam təmin etməməsi də Ankaranın müəyyən narazılığına səbəb olub.

Politoloq Bəşər Əsəd ailəsinin maliyyə aktivləri və sərvətləri məsələsində Moskva ilə Dəməşq arasında mümkün sövdələşmə ehtimalını da tamamilə istisna etmir. Lakin onun fikrincə, hazırkı mərhələdə bu məsələnin hərtərəfli həllini tapması real görünmür. Belə bir razılaşmanın gələcəkdə, tərəflər arasında münasibətlər daha da normalaşdıqdan sonra mümkün olması ehtimalı daha yüksəkdir.

Cəfərlinin fikrincə, Rusiyanın Suriyada qalmaq istəyinin əsas səbəblərindən biri Aralıq dənizinə, başqa sözlə, “isti sulara” çıxış imkanını qorumaqdır. Tartus limanı və Xmeymim aviabazası Moskvanın Aralıq dənizi və Yaxın Şərqdəki hərbi-logistik imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Ukraynada müharibənin gedişi Rusiyanın Avropanın cənub istiqamətindəki imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib və Moskvanın Aralıq dənizində manevr imkanlarını da məhdudlaşdırıb.

Bu baxımdan Rusiyanın Suriyadan tamamilə çıxması Moskvanın Yaxın Şərqdəki mövqelərinin daha da zəifləməsi ilə nəticələnə bilər. Rusiya üçün məsələ yalnız bir neçə hərbi obyektin taleyindən ibarət deyil. Söhbət Moskvanın Aralıq dənizi, Yaxın Şərq və ümumilikdə qlobal güc statusunun mühüm elementlərindən birinin qorunmasından gedir. Buna görə də Moskvanın Suriyada əvvəlki genişmiqyaslı hərbi iştirakını bərpa edə bilməsə belə, minimum səviyyədə hərbi və siyasi mövcudluğunu saxlamaq üçün sonadək cəhd göstərəcəyi gözlənilir.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ