İspaniyanın Seuta şəhərindəki miqrant düşərgəsi ətrafında vəziyyət kəskin şəkildə gərginləşib. Mərakeşdən olan miqrantların bir neçə həftədir yaşadığı Benitez çimərliyində etirazçılar miqrantların əşyalarını və düşərgələrini yandırmağa başlayıblar. “Bild” xəbər verir ki, polis nümayişçilərlə düşərgə sakinləri arasında qarşıdurmaya müdaxilə edib.
Bir neçə Avropa ultra qrupunun nümayəndələri iddia edirlər ki, üzvləri Seutaya xüsusi olaraq İspaniyanın materik hissəsindən gəliblər.
Bir gün əvvəl onlarla yerli sakin miqrantlara yemək və su gətirən Qırmızı Xaç maşınlarının qarşısını kəsməyə çalışmışdı.
Polis bir neçə gündür ki, potensial toqquşmaları yatırmağa çalışır. Çərşənbə axşamı nümayişçilərə və miqrantlara qarşı göz yaşartıcı qazdan istifadə edilib. Video görüntülərdə həmçinin etirazçılara qarşı rezin güllələrin istifadə edildiyi görünür.
Miqrantların özləri də zorakılığa əl atdılar. Cümə axşamı günü onlar İspaniya hərbi maşınına daş və digər əşyalar atlblar və bir əsgər yüngül yaralanıb. Daha sonra on iki Mərakeş vətəndaşı saxlanılıb.
Hazırkı böhran iyul ayının sonlarında kütləvi miqrant axını ilə başlayıb. Mərakeşdən Seutaya çatmaq üçün 80 minə qədər insan cəhd edib və onların çoxu qayıqla keçib. Rəsmi rəqəmlər ən azı 96 nəfərin öldüyünü göstərir. Miqrantların əksəriyyəti sonradan Mərakeşə qayıtsa da, bir neçə min nəfər Seutada qalıb.
Tahir TAĞIYEV