Venesuela Respublikası Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib ki, ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaq istəyir. SİTAT: "İmperializm Venesuela sahillərinə səkkiz hərbi gəmi, nüvə sualtı qayığı göndərir, üzərimizə 1 200 raket hədəfləyir - əsassız bəhanə ilə, ona heç kim inanmır, hətta Amerika gəncləri belə ABŞ Dövlət katibi Marko Rubionun yalanlarına inanmır", - Maduro deyib. O əlavə edib ki, Rubio Ağ Evi, Mayami mafiyasını idarə edir və ABŞ Prezidenti Donald Trampın adını qanla ləkələmək istəyir.
Mətləb