Britaniya və Norveç PUA istehsalı üçün Ukraynaya 580 milyon dollar ayırmaq qərarına gəlib. Bloomberg xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb: "İki ölkə aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə Ukrayna tərəfdarlarının görüşündə mövcud maliyyə mənbələrindən 450 milyon funt sterlinq (580 milyon dollar) məbləğində birgə paket təqdim edəcək" - Nazirliyin məlumatında belə deyilir. Qeyd olunub ki, tədbirlər paketi həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinin maliyyələşdirilməsinə kömək edəcək.
Mətləb Salahov