Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb. Bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib. Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub. Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.
Mətləb