BMT-nin Baş katibi Quterreş fələstinlilərin Qəzzadan məcburi köçürülməsini kollektiv cəza və beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. BMT-nin baş katibi Antonio Quterres ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza sakinlərini üçüncü ölkələrə köçürmək ideyasına qarşı çıxıb. O, fələstinlilərin məcburi köçkünlüyünün “beynəlxalq hüquqa zidd” olduğunu bildirib. "Fələstinlilər öz dövlətlərində İsraillə yan-yana yaşaya bilməlidirlər. Bu, Yaxın Şərqə sülh gətirə biləcək yeganə həll yoludur", - deyə o, Anadolu Agentliyinin sualına cavab verib. Quterreş həmçinin vurğulayıb ki, Qəzzada dinc əhalinin əzab çəkməsi heç bir arqumentlə əsaslandırıla bilməz və bu kollektiv cəzanın bir növüdür. Onun fikrincə, təcili olaraq sektordan tibbi evakuasiyaların sayının artırılmasına ehtiyac var. Baş katib “soyqırım” termini ilə bağlı suala “vəziyyət onsuz da semantika ilə bağlı mübahisə edəcək qədər dəhşətlidir” cavabını verib və baş verənlərə yalnız Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi qiymət verə biləcəyini xatırladıb.
Surxay Əliyev