Rusiyanın paytaxtı Moskvada İran, Rusiya və Çindən ibarət ekspert heyətləri İranın nüvə proqramı ilə bağlı üçtərəfli sammit keçirib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi özünün X sosial media hesabında mesaj paylaşaraq, "Xarici işlər nazirlərinin müavinləri arasında Pekində əldə edilmiş razılaşmalara uyğun olaraq, bu gün Moskvada İran, Rusiya və Çin arasında məhsuldar və konstruktiv görüş keçirildi" deyə qeyd edib. Qəribabadi, üç ölkənin ekspert nümayəndə heyətlərinin nüvə problemi, sanksiyaların ləğvi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı fikir və təkliflərini bölüşdüklərini və tərəflərin üçtərəfli koordinasiyanı davam etdirməyə razılaşdıqlarını bildirib. Qəribabadi deyib: "İran diplomatiyaya dair prinsipial öhdəliyinə əsaslanaraq, bütün müvafiq tərəflərlə məsləhətləşmələrini davam etdirir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünənki mətbuat konfransında bildirmişdi ki, İran, Rusiya və Çin arasında texniki səviyyəli nüvə danışıqları aparılacaq.
Surxay Əliyev