Bu ölkədə gecə klubunun damı uçub, 79 nəfər həyatını itirib

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb. Bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.
Mendes bildirib ki, son saatlarda xilasedicilər sağ qalan insanlar aşkar etməyiblər. Qəzetin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150-ni keçib.
Mətləb