ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı bildirib ki, ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.
Prezident bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır. SİTAT: "Problem odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyac da yoxdur. Çünki tariflər işləyir və ölkəyə daha əvvəl görmədiyimiz səviyyədə pul axır”, -Tramp əlavə edib.
Mətləb Salahov