Çinin Hıbey vilayətində qocalar evində yanğın baş verib. Vilayətin səlahiyyətli qurumlarının mətbuata açıqlamalarında deyilir ki, baş verən yanğında ən azı 20 nəfər ölüb. Yanğın Çende şəhərinin Lonhua rayonunda aprelin 8-də axşam saat 9 radələrində başlayıb. Son məlumata əsasən, 20 nəfərin öldüyü təsdiqlənib. Hazırda binada axtarış işləri aparılır.
Mətləb