ABŞ kəşfiyyatı 26 yaşlı ölkə vətəndaşı Piter Kessinqin "İŞİD” tərəfindən edam olunmasını hələ bir neçə gün əvvəl öyrənib, lakin bu barədə sübutlara malik olmadığından konkret qənaətə gələ bilməyib. APA-nın xəbərinə görə, bu barədə "The New York Times” qəzeti məlumat yayıb.
Edamın videoyazısı ortaya çıxdıqdan sonra kəşfiyyat bu çəkilişin saxta olmadığını təsdiqləyib. Lakin əvvəlki edamlardan fərqli olaraq, budəfəki olay qeyri-peşəkar şəkildə, yalnız bir kamera tərəfindən lentə alınıb. Bu fa təşkilatın gizli fəaliyyətə keçdiyini göstərir.
Qeyd edək ki, P. Kessinqin edamı barədə video noyabrın 16-da yayılıb.