İraq qüvvələri İslam Dövləti cihadçılarını ölkənin ən böyük neftayrıma zavodunun yerləşdiyi Baiji şəhərindən çıxarıblar. İraq televiziyası ilə çıxış edən general Abdul-Vəhab əl-Saadi Bağdaddan 200 km şimala doğru yerləşən şəhərin "tamamilə azad olunduğunu” bildirib.
Hərçənd ki, neftayırma zavodu ətrafında şiddətli döyüşlərin getdiyi barədə xəbərlər daxil olur.
İslam Dövləti neft emalı üzrə İraqın ən iri müəssisənin yerləşdiyi Baiji şəhərinə iyunda daxil olaraq neftayırma zavodu ərazisini mühasirə almışdı. Bəzi məlumatlara əsasən İraq hərbçiləri şəhər mərkəzindən 10 kilometr aralıqda yerləşən zavod ərazisinə daxil olublar. Digər xəbərlərə görə isə müəssisəyə aparan yolun minalanması İraq qüvvələrinin irəliləməsinə mane olub. Cümə günü İraq ordusunun zabiti zavod ərazisindən geri çəkilən cihadçılara hava zərbələrinin endirildiyini deyib.
Bu arada İraq hərbçiləri səsgücləndiricilər vasitəsilə əhalini əməliyyat müddətində bayıra çıxmamağa səsləyiblər.
İraq neftinin 25 faizi 200 min əhalisi olan Baiji şəhərindəki müəssisədə emal olunur